Azərbaycanlı reper Tibu (Teymur Ağayev) Xocalı faciəsi ilə bağlı musiqi əsəri yaradıb.
“Yeni Gündəm” xəbər verir ki, Xocalı soyqırımına həsr olunmuş musiqi “YouTube” sosial şəbəkəsində yayımlanıb. Ərsəyə gələn musiqidə rəssam Məzahir Hüseynovun əsərləri öz əksini tapıb.
Qeyd edək ki, Xocalı soyqırımından 28 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə – azərbaycanlılara qarşı soyqırımı törədib.
Yenigundem.az