Məşhur serial reytinq qurbanı oldubackend

İki ay bundan əvvəl Show TV-də yayımlanmağa başlayan “Zemheri” serialı final edir.

“Yeni Gündəm” xəbər verir ki, bir müddətdir televiziya layihəsinin bağlanacağı deyilsə də, kanal rəhbərliyi ekran işinin vaxtından əvvəl tamaşaçılarla vidalaşacağını açıqlayıb.

8 bölüm yayımlanan “Zemheri”nin reytinq nəticələri yüksəlməyib və final qərarı verilib.

Qeyd edək ki, “Ay Yapım” istehsalı olan serialda Ayça Ayşin Turan, Alperen Duymaz, Caner Cindoruk, Hazal Filiz Küçükköse və başqa tanınmış simalar rol alır.