Stilist Anar Ağakişiyevə niyə ailə qurmamasının səbəbini açıqlayıb.
“Yeni Gündəm” xəbər verir ki, “Elgizlə İzlə” verilişində qonaq olan dünyaca məşhur stilist Anar Ağakşiyev şəxsi həyatı ilə bağlı maraqlı açıqlama edib.
“Evlilik məsuliyyətdir, mən o yükün altına girə bilmirəm. Çünki, hələ karyeramda istədiyim zirvəni əldə etməmişəm. Övladım, xanımım qalsın burada, özüm orada-burada olum? Bu düzgün deyil. Uşaqla da bu iş olmur. Öz sahəmdə yerimi bərkitmək üçün mənə hələ 2-3 il lazımdır”.