Məşhur yaponiyalı futbolçu “Neftçi”yə keçə bilərbackend

Yaponiya millisinin sabiq üzvü Keysuke Honda karyerasını “Neftçi”də davam etdirə bilər.

“Yeni Gündəm” xəbər verir ki, “ağ-qaralar”ın İnformasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rüstəm Allahverdiyev ulduz futbolçunun keçidi ilə bağlı Futbolxeber.az saytına bunları deyib:

“Hondanın “Neftçi”yə keçidi ilə bağlı yayılan xəbər doğrudur. O, “Neftçi”yə meneceri tərəfindən təklif olunub. Bu təklif maraqla qarşılanıb və hazırda danışıqlar gedir. Lakin hələlik rəsmi bir şey yoxdur”.

Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Naqoya” (Yaponiya), “Venlo” (Niderland), ÇSKA (Moskva, Rusiya), “Milan” (İtaliya), “Paçuka” (Meksika), “Melburn Viktori” (Avstraliya), “Vitess” (Niderland) klublarında forma geyib. 2020-ci ildə Braziliyanın məşhur “Botafoqo” klubunda çıxış edən Honda meydana çıxdığı 18 oyunda 2 qol vurub.