Messi 2026 Dünya Çempionatında olacaqmı? O, qərarını açıqlayıbbackend

“İnter Mayami”yə keçən argentinalı superulduz Messi 2026-cı il dünya çempionatında oynayıb oynamayacağı ilə bağlı yekun qərarını açıqlayıb.

“Yeni Gundem”in məlumatına görə, Fransa nəhəngi Paris Saint Germain-dən (PSJ) ayrılaraq ABŞ Futbol Liqasının (MLS) komandalarından olan “İnter Mayami”yə keçən Lionel Messi 2026-cı il dünya çempionatı ilə bağlı qərarını verib.

2026-cı il dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Messi, “DÇ-2026-da oynayacağımı düşünmürəm. Bu mövzuda fikrimi dəyişməmişəm. Orada olmaq istərdim. Matçlar olacaq, amma turnirdə iştirak etməyəcəyəm”, – Goal.com xəbər verir.

Hazırda 35 yaşında olan Lionel Messi Argentina yığması ilə 2022-ci il Dünya Kubokunu qazanaraq karyerasında ilk Dünya Kubokunu qazanıb. Messinin hətta 39 yaşında da yenidən dünya çempionatında iştirakını gözləyən milyonlarla azarkeş argentinalı ulduzun bu açıqlamasından məyus olub.

FİFA-nın rəsmi hesabından edilən paylaşımda Qətərdə keçirilən dünya çempionatında Argentinanın dünyaca məşhur ulduz futbolçusu Lionel Messinin adını yazaraq onun portireti çəkilib. Yazılaraq qısa müddətdə çəkilən rəsim minlərlə bəyənmə toplayıb.

Mənbə: TGRT

Aynur Camal