Lioenl Messinin “Barselona” ilə müqaviləsi başa çatıb.
“Yeni Gündəmz” xəbər verir ki, argentinalı hücumçu iyunun 30-u başa çatan müqaviləsinin müddətini indiyə kimi yeniləməyib. O, artıq azad agent olub.
Kataloniya klubunun prezidenti Joan Laporta 34 yaşlı oyunçu ilə bağlı sport.es-ə danışıb. O, Messinin klubda qalmasını istədiklərini söyləyib: “O da burada qalmaq istəyir. Hər şey qaydasındadır. Maliyyə feyr-pleyi ilə bağlı problemimiz var. Hər iki tərəf üçün ən yaxşı həll yolu axtarırıq”.
Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da oynayır. O, ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 30 qol vurub, 11 qolun ötürməsini verib.