“Metalsan Group” şirkəti cərimələndibackend

“Metalsan Group” MMC-yə cərimə protokolu yazılıb.

“Yeni Gundem” xəbər verir ki, şirkət barəsində Mərkəzi Bank tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Rauf Əhmədovun icraatına verilib.

Məhkəmənin ilkin hazırlıq iclası mayın 23-nə təyin edilib.Pravda.az