Mətanət İsgəndərli mərhum qardaşından danışdıbackend

Əməkdar artist Mətanət İsgəndərli mərhum qardaşından danışıb.

“Yeni Gundem” moderator.az-a istinadla xəbər verir ki, o, qardaş itkisinin onun üçün çox ağır dərd olduğunu bildirib:

“Əməliyyata girəcəkdi. Ayağını amputasiya edəcəkdilər ki, bir az yaşasın. Yazıq bildi ki, ayağını kəsəcəklər, ürəyi partladı. Çox ağır dərddir. 57 yaşı vardı. Övlad toyu görmədi. Bir oğlu hərbi xidmətdən yeni gəlib, digəri də iyulda əsgər gedəcək”