Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana Həmidova ölkəni tərk edib.
“Yeni Gündəm” bildirir ki, bu barədə Teleqraf.com-a Canana Həmidovanın özü məlumat verib:
“Avtomobilimi satdım, cihazlarımı da satışa çıxarmışam. Artıq mübarizədən bezdim, balalarımı ala bilmədim. Ölkəni tərk etdim. Stres yaşamaqdan xəstə düşdüm. Yenə də güclüyəm və ayaqdayam. Daha gözəl işlər edəcəyəm”.
Qeyd edək ki, yaxın günlərdə Canana Həmidova övladları ilə bağlı Ali Məhkəmənin qərar verdiyini və uşaqlarını aldığını açıqlamışdı. O, Mətanət İsgəndərlinin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var.