Əməkdar artist Mətanət İsgəndərli sosial media hesabında maraqlı paylaşım edib.
“Yeni Gündəm” xəbər verir ki, sənətçi sosial media hesabında paylaşım edərək orduya yardım edən şəxslərə öz təşəkkürünü bildirib. Üstəlik o oğlunun da könüllü orduya yazıldığını qeyd edib.
“Oğlum da könüllü olaraq adını yazdırıb. Zamanı gəldiyində onu da çağıracaqlar. Yaşasın Azərbaycan ordusu! Yaşasın Ali Baş Komandan!”Ölkə.az