Metroda enerji təchizatı kəsildibackend

Bu gün saat 11:55-də “Bakı Metropoliteni” QSC-nin “Avtovağzal” stansiyasının elektrik enerjisi ilə təchizatı müvəqqəti kəsilib.

QSC-dən “Yeni Gundem”-ə verilən məlumata göər, buna səbəb elektrik xəttində gərginliyin düşməsi olub.

Nəticədə stansiyanın işıqlandırılmasında 4 dəqiqə fasilə yaranıb, Bənövşəyi xətt üzrə qatarların hərəkətində isə 4 dəqiqə gecikmə olub.

Artıq problem tam aradan qaldırılıb. Qatarlar qrafik üzrə hərəkət edir.