“Dərnəgül” – “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “Elmlər Akademiyası” stansiyasında olarkən sonuncu vaqonun qapısında nasazlıq yaranması ehtimalı olduğu üçün maşinist qapıya baxış keçirib. Lakin “Bakı Metropoliteni”nin normativ tələblərinə uyğun olaraq əlavə baxış keçirilməsinə ehtiyac olduğu üçün sərnişinlər düşürülərək qatar elektrik deposuna yola salınıb”.
“Yeni Gundem” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
“Əvəzinə elektrik qatar verilib və bunun nəticəsində iki qatar arasında intervaldan əlavə olaraq 4 dəqiqə yubanma yaranıb”, – deyə o əlavə edib.