Metrostansiyada sərnişin vəfat etdibackend

“Bakı Metropoliteni” QSC-nin “Nəriman Nərimanov” stansiyasında qatardan düşərək ərazini tərk edən yaşlı kişi sərnişin stansiya vestibülündə özünü pis hiss edib və vəfat edib.

Bu barədə QSC-dən məlumat verilib.

Stansiyaya çağırılmış təcili tibbi yardım xidməti onun dünyasını dəyişdiyini təsdiq edib.

Allah rəhmət eləsin!