Meyitləri tapılan 4 nəfər 6 gün əvvəl ölübmüşbackend

Bakı şəhərində mənzildən meyiti tapılan dörd nəfərin dəm qazından zəhərlənməsi ilə bağlı bəzi detallar məlum olub.

“Yeni Gundem” Oxu.az-a istinadən xəbər verir ki, hadisə baş verən ərazidə yaşayan sakin Əsgər İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin şəxslər mənzilə 10 gündür kirayəçi kimi köçüblər:

“Onlardan birini tanıyırdım. Ev sahibinə anası ilə kirayə qalacağını və Yeni il bayramından sonra kirayə müqaviləsi bağlayacaqlarını qeyd edib. Bu gün ev sahibi kirayə müqaviləsinə görə mənzilə gəlib və evin qapısının arxadan bağlı olduğunu görüb. O, qapını nə qədər döysə də, açan olmayıb. Daha sonra ev sahibi polisə məlumat verib”.

Sakin qeyd edib ki, meyitlər tanınmaz halda olublar:

“Hadisənin 2022-ci il dekabrın 31-də baş verdiyi bildirilir”.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. Meyitlər aidiyyəti üzrə təhvil veriliblər. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.