Əgər seçici seçki məntəqələrində çəkilişə düşmək istəmirsə, buna icazə vermirsə, çəkiliş aparmaq doğru deyil.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bugünkü iclasında deyib.
“Məntəqədə çəkiliş aparanlar deyirlər ki, bu, bizim haqqımızdır. Amma əgər seçici icazə verərsə, onu çəkmək olar”, – MSK sədri qeyd edib.O bildirib ki, məntəqələrdə çəkilişin qadağan edilməsi barədə media subyektlərində yayılan məlumatlar reallığı əks etdirmir.