Ucar Dəmir- Beton Məmulatları ASC-nin dövlətə vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, sözügedən zavodun hazırki vergi borcu 12821.27 AZN-dir.
Nizamnamə kapitalı 395274 AZN olan Ucar Dəmir- Beton Məmulatları ASC-nin qanuni təmsilçisi Vəliyev İkram Sabir oğludur.
Qeyd edək ki, Vəliyev İkram Sabir oğlu Göyçay Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini vəzifəsində çalışıb. O məzuniyyətdə olduğu zaman 2023-cü ildə icra hakimiyyətinin başçısı Natiq Ağayevin müaviq əmri ilə vəzifəsindən azad edilib. Özü bu barədə yerli mətbuata açıqlama verib.