Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik etdibackend

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevi təbrik edib.

“Yeni Gundem”-in xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 106-cı ildönümü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirmək istəyimizi bir daha ifadə edirəm.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.