“Milana Hospital”-ın təsisçi baş direktoru Xuraman Muradova yeni obyekt inşa etdirib.
“Yeni Gundem” xəbər verir ki, sözügedən obyekt Nərimanov rayonunun Fəxrəddin Musayev küçəsi, 19 ünvanındadır.
Beş mərətəbə, zirzəmi və mansarddan ibarət olan obyektin layihəçisi “AZKOMMUNLAYiHƏ” Kommunal Layihələndirmə İnstitutudur.
Tibbi xidmət üçün nəzərdə tutulan obyektin sahəsi 546.71 (m2), hündürlüyü 20.4 metrdir.
Yeni binanı Fövqaladə Hallar nazirliyinin istismara qəbul etdiyi bildirilir.
Qeyd edək ki, Xuraman Muradova ixtisasca memar-mühəndisdir.
X. Muradova 1990-cı ildən Dövlət Maddi Texniki Təhcizat Nazirliyində mühəndis işləyib. Sonralar sahibkarlıq fəaliyyətinə başlayan X.Muradova “Laçın” Kiçik müəssisəsini, bir müddət sonra isə “Laçın” Kiçik müəssisəsinin nəznində 2009-cu ildən “Laçın” Klinikasını yaradıb.
2014-cu ildə isə hazırda 6.1 milyon manat nizamnamə kapitalı olan “Milana Medical” Məhdud Məsuliyyətli Cəmiyyətini (“Milan” Hospital) yaradıb.Qlobal.az