Millət vəkili şəhid ailəsi ilə görüşdü – FOTObackend

Milli Məclisin 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə deputatı Anar Məmmədov Goranboy rayonu Qarasuçu kənd sakini, Vətən Müharibəsinin şəhidi Elməddin Sərdaroğlunun ailə üzvləri ilə görüşüb.

Deputat şəhid ailəsinin qayğıları ilə maraqlanıb, ürək sözlərini bölüşüb. Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır deyən millət vəkili Anar Məmmədov  “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz” sözlərini işlədib.

Sonda şəhid ailəsi cənab Prezidentə və Birinci vitse-prezidentə onları hər zaman diqqətdə saxladığı üçün təşəkkürlərini bildirib.