Milli inkişaf strategiyasının hazırlanması adlı tədbir həyata keçirildibackend

Həssas qrupdan olan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində milli inkişaf strategiyasının hazırlanması adlı tədbir həyata keçirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, Hyatt Regency Bakuda Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Abşeron Qadın və Uşaq Sığınacağı, Mediasiya Şurası və Bakı 6 saylı Mediasiya Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən Həssas qrupdan olan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində milli inkişaf strategiyasının hazırlanması adlı tədbir baş tutub.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən və vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra Ümumillilider Heyər Əliyevin uşaqlar və qadınlar haqqında bildirdiyi fikirləri əks etdirən videçarxın izlənib.

Sonra isə çıxış edəcək qonaqlara söz verilib. İlk öncə Sosial Məsələlərin Həllinə Kömək İcitmai birliyinin sədri-Nərmin Daşdəmirbəyli, tədbirin tərəfdaşları Abşeron Qadın və Uşaq Sığınacağının rəhbəri, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Rəvan Cəfərli və Bakı 6 saylı mediasiya təşkilatının rəhbəri, vəkillələr kollegiyasının üzvü Tural Şahbazova çıxış üçün söz verilib.

Daha sonra isə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının təhlil və tərəfdaşlarla iş şöbəsinin müdiri Ədalət Səmidov, Mediasiya Şurasının İdarə Heyətinin üzvü, hüquqşünas, mediatr Sima Yaqubova, İqtisad elmləri doktoru,” Bərabər İnkişaf Naminə Koalisiyanın sədri. UNEC “Qiyabi və Əlavə Təhsil” Mərkəzinin direktor müavini Təranə Kərimova, Məhkum Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyinin sədri Fira Cəlilova, Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru Ülkər Zülfüqarova və teleaparıcı Jalə Həsənli çıxış edib.

Rəsmi açılışdan sonra təltifetmə mərasimi baş tutub. Ölkədə qadın və uşaqların sosisal və iqtisadi qayğılarının həllində göstərdiyi dəstəyə və tədbirin təşkilatçıları ilə birgə əməkdaşlıq etdiyinə görə aşağıdakı şəxslər təltif edilib:

  • Regional İnkişaf İctimai Birliyi
  • Tural Şahbazov-6 saylı Mediasiya Təşkilatının rəhbəri və vəkillər kollegiyasının üzvü
  • Sima Yaqubova- Mediasiya Şurasının İdarə Heyətinin üzvü, hüquqşünas, mediator
  • Rəşadət Xalıqov-Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini
  • Nigar Bayramlı -Güvən Xeyriyyə İctimai Birliyinin sədri, xeyriyyəçi
  • Asif Daşdəmirbəyli-Müdafiə Nazirliyinin əməliyyatların planlaşdırılması şöbəsinin idarə rəisinin müavini
  • Lalə Məmmədova-Yerli İdarəetməyə Yardım İctimai Birliyinin sədri
  • Fira Cəlilova-Məhkum Qadınların Cəmiyyətə Qayıdışı İctimai Birliyinin sədri
  • Fəridə Abbaszadə-Azərbaycan Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının sədr müavini
  • Zinyət Mirzəyeva -SaRus Kids Uşaq Bağçasının təsisçi rəhbəri
  • Şəlalə Həsənova-İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri
  • Təranə Kərimova- İqtisad elmləri doktoru,” Bərabər İnkişaf Naminə Koalisiyanın sədri.UNEC “Qiyabi və Əlavə Təhsil” Mərkəzinin direktor müavini
  • Vəfa Əfəndiyeva-Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının sədri
  • Cəsarət Hüseynzadə- QHT.AZ saytının rəhbəri
  • Kəmalə Məmmədova-İnjura Hüquq Mərkəzinin direktoru, İnjura hüquq jurnalının təsisçisi

Təltifetmə mərasimindən sonra Fira Cəlilovanın moderatorluğu ilə tədbirinin müzakirə hissəsi başlayıb. Ölkə ərazisində fəaliyyət göstərən hüquqşunaslar, mediatorlar, qadın və uşaqlar sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları, dövlət qurumları həssas qrupdan olan qadın və uşaqların hüquqlarının müdafiəsi sahəsində müzakirəyə qatılıb, öz dəyərli fikirlərini və təcrübələrini bölüşüb.