Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
“Yeni Gündəm”-in məlumatına görə, avqustun 27-də açıqlanmış siyahıda adı ehtiyat heyətdə göstərilən “Sabah” klubunun üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub.
Yarımmüdafiəçi UEFA Millətlər Liqasının qrup mərhələsində Lüksemburq və Kiprlə keçiriləcək oyunlarda baş məşqçi Canni De Byazinin ixtiyarında olacaq.
Qeyd edək ki, millimiz sentyabrın 5-də Bakıda Lüksemburq, 8-də isə rəqib meydanında Kipr yığması ilə qarşılaşacaq. //Apasport