Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təsdiqlədibackend

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təsdiqləyib.

“Yeni Gundem”-in məlumatına görə, təqdimat zamanı bildirilib ki, illik məlumatda insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumunun, Ali Məhkəmənin, Baş Prokurorluğunun, 28 mərkəzi və 52 yerli icra hakimiyyəti orqanının, Ombudsman Aparatının, aidiyyəti beynəlxalq təsisatların müvafiq sahəyə aid təhlilləri və fəaliyyətlərinin nəticələri nəzərə alınıb.

Müzakirələrdən sonra illik məlumat səsverməyə çıxarılaraq qəbul edilib.