Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçiribbackend

Mütəmadi olaraq təmsil etdiyi dairədə yaşayan seçicilərlə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan millət vəkili qəbul zamanı vətəndaşlarla fərdi qaydada görüşüb, onların müraciət və təkliflərini dinləyib.

“Yeni Gundem” xəbər verir ki, görüş zamanı vətəndaşlar əsasən məşğulluq, əllilliyin müəyyən edilməsində yaranan çətinliklər və s. məsələlərlə bağlı müraciətlər ediblər.
Bir neçə məsələ yerindəcə həllini tapıb. Digər məsələlər isə həll olunması üçün qeydiyyata alınıb.

Millət vəkili Naqif Həmzəyev qəbulda dilə gətirilən məsələlərin həlli istiqamətində aidiyyatı qurumlara müraciət edəcəyini və onları narahat edən problemlərin ən qısa zamanda müsbət həll olunmasına köməklik göstərəcəyini diqqətə çatdırıb.