Milli Məclisin deputatı seçicilərlə növbəti görüş keçirdi – FOTOLARbackend

Milli Məclisin 107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən millət vəkili seçilmiş deputatı Ülviyyə Ağayeva Qazax rayonunun Aşağı Öysüzlü, Yuxarı Öysüzlü, Qaziqulu, Əsrik-Cırdaxan, Koxanəbi, Ağbulaq  kəndində yaşayan seçiciləri ilə görüşüb.

“Yeni Gundem” xəbər verir ki, görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.