Milli Məclisin ən fəal 10 deputatı – SİYAHIbackend

Milli Məclisin 117 üzvü arasında ən fəal deputat Fazil Mustafadır. O həm parlamentdə, həm də mediada ən aktiv deputatdır.

 

“Yeni Gundem” xəbər verir ki, bu, Məclis.info-nun apardığı tədqiqat nəticəsində məlum olub.

Hazırlanan 100 faizlik reytinq üzrə Fazil Mustafa 63 faizlə ilk yeri tutur. İkinci sırada isə 55 faizlə deputat Bəhruz Məhərrəmovdur. Ən aktiv deputatların ilk üçlüyünü Ceyhun Məmmədov qapadır. Onun reytinq faizi 49-dur. Sonrakı yerləri Elman Nəsirov, Tahir Mirkişili, Razi Nurullayev və digərləri tutur.

Araşdırmanın nəticəsinə görə, ən aktiv 10 deputatın siyahısını təqdim edirik:

1. Fazil Mustafa

2. Bəhruz Məhərrəmov

3. Ceyhun Məmmədov

4. Elman Nəsirov

5. Tahir Mirkişili

6. Razi Nurullayev

7. Könül Nurullayeva

8. Hicran Hüseynova

9. Naqif Həmzəyev

10. Qənirə Paşayeva