Milli Onkologiya Mərkəzi məhkəməyə verildibackend

Milli Onkologiya Mərkəzi ilə bağlı məhkəməyə müraciət olunub.

“Yeni Gundem” xəbər verir ki, mərkəzlə bağlı məhkəmədə iddianı orada müalicə almış Satarova Zemfira Vaqif qızı qaldırıb. İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir.
Milli Onkologiya Mərkəzi Z.Satarovaya maddi ziyan vurub. İddiaçı ona dəymiş maddi ziyanın tam ödənilməsini tələb edir.

Mərkəzlə bağlı işə 24 iyun tarixində Yasamal Rayon Məhkəməsində halkim Ülkər Xəlilin sədrliyi ilə baxılacaq.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar