DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Serbiya yığmasında köklü islahatlar aparılacağı gözlənilir.
“Yeni Gündəm” yerli mətbuata istinadən xəbər verir ki, yeni baş məşqçi Draqan Stoykoviç yaşı 30-dan yuxarı olan bir neçə oyunçunu milliyə çağırmaq istəmir.
Bunların “İnter”in müdafiəçisi Aleksandar Kolarov, “Kristal Pelas”ın yarımmüdafiəçisi Luka Milivoyeviç, “Beşiktaş”ın yarımmüdafiəçisi Adem Lyayiç, “Napoli”nin müdafiəçisi Nikola Maksimoviç və “Mançester Yunayted”in yarımmüdafiəçisi Nemanya Matiç olduğu iddia olunur.
Qeyd edək ki, Serbiya yığması DÇ-2022-nin seçmə mərhələsində martın 24-də İrlandiya, 27-də Portuqaliya, 30-da isə Azərbaycana qarşı oynayacaq. Stoykoviçin millinin heyətini martın 5-də açıqlayacağı gözlənilir.Qol.az