Rusiyanın estrada ulduzu Alsu yəhudi milyarder, iş adamı Yan Abramovdan rəsmi şəkildə boşanmasından sonra açıqlama yayıb.
“Yeni Gundem” olay-a istinadən bildirir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında post yayımlayıb.
“Hər gün müxtəlif qərarlar qəbul edirik, bəzən onlar həyatımızı həmişəlik dəyişir. Bu gün yeni fəsil başlayır”, – deyə Alsu vurğulayıb.
Qeyd edək ki, Alsu və Yan cütlüyünün 18 illik evlilikdən 2 qız və 1 oğlan övladı var.