Milyarder iş adamı şəxsi təyyarəsində qəzaya uğradıbackend

ABŞ-ın paytaxtı Vaşinqtonda uçuşa yasaq zonada şəxsi təyyarə qəzaya uğrayıb.

“Yeni Gundem”in məlumatına görə, məlum olub ki, təyyarədə həyatını itirən şəxslər milyarder iş adamı Con Rumpelin qızı və nəvəsidir.

Vaşinqtonda, Floridada yerləşən Melbourne Inc.-də qəzaya uğrayan şəxsi təyyarənin içərisində həmçinin uşağın dayəsi və şirkətin pilotu tapılıb. Qəzanın onlar Şimali Karolinadakı evini ziyarət etdikdən sonra Nyu-Yorkun Lonq Aylendindəki evlərinə qayıtdıqları zaman baş verdiyi öyrənilib.

Rumpelin qızı Adina Azarianın işlədiyi daşınmaz əmlak firması Keller Williams NYC də qəza ilə bağlı başsağlığı mesajı yayıb.

Bundan əlavə, ABŞ mediası Floridadan olan Con Rumpelin ABŞ-ın keçmiş prezidenti Donald Trampın prezident seçkiləri kampaniyası üçün əsası qoyulan MAGA-nın əsas donorlarından biri olduğunu yazıb.

Mənbə: TGRT

Aynur Camal