Minsk-2019: Azərbaycanın bir samboçusu qızıl, digəri bürünc üçün güləşəcək – YENİLƏNİBbackend

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışlarında təsəlliverici döyüşlər keçirilib.

“Yeni Gundem” -in əməkdaşının məlumatına görə, 1/4 finalda uduzan Azərbaycan idmançıları da xalça üzərinə çıxıblar.

Cavidan Qarayev (62 kq) estoniyalı Vadim Fominlə qarşılaşıb. 1:0 hesabı ilə qalib gələn samboçumuz bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, üçüncülük uğrunda qarşılaşmada gürcüstanlı Georgi Çirqadze ilə üz-üzə gələcək.

 

Abdulla Abdullayev (74 kq) Arsen Qazaryana (Ermənistan) uduzaraq mubarizəni dayandırıb.

Qeyd edək ki, 52 kq çəki dərəcəsində çıxış edən samboçumuz Ağasif Səmədov finalda mübarizə aparacaq. Onun rəqibi ermənistanlı Tiqran Kirakosyan olacaq.

***

saat 13.36

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının sambo yarışları davam edir.

“Yeni Gundem” -in əməkdaşının məlumatına görə, bu gün Azərbaycanın üç samboçusu mübarizəyə başlayıb.

52 kq çəki dərəcəsində çıxış edən Ağasif Səmədov 1/4 finalda litvalı Gintaras Katkusu 5:0, yarımfinalda belaruslu Maksim Krasinskini məğlub edərək finala yüksəlib. O, çempion adı uğrunda qarşılaşmada ermənistanlı Tiqran Kirakosyanla görüşəcək.

Digər iki samboçumuz 1/4 finalda uduzublar. Cavidan Qarayev (62 kq) yunanıstanlı Savvas Karakizidisə, Abdulla Abdullayev (74 kq) xorvatiyalı Sumpor Dino Dominikə məğlub olub.

Buna baxmayaraq, samboçularımız təsəlliverici döyüşlərə qatılacaq. C. Qarayev estoniyalı Vadim Fominlə, A. Abdullayev ermənistanlı Arsen Qazaryanla üz-üzə gələcək.