Xalq artisti Miri Yusif də koronavirusla mübarizə çərçivəsində ev şəraitində mini-konsert verib.
“Yeni Gündəm” xəbər verir ki, müğənni instaqram səhifəsində #anticoronachallenge həştaqı ilə video paylaşıb. Qeyd edib ki, qarışıq mahnılarından ibarət video prodüser-bəstəkar Tural Əliyevin evinin mətbəxində çəkilib.
Miri Yusif #evdəqal aksiyası haqda da danışıb: “Prezidentimiz başda olmaqla, bütün strukturlar – ən əsası səhiyyə işçiləri bu işlə məşğul olur. Biz hamımız onlara dəstək ola bilərik. Ən azı 6-7 gün ailəmizlə birgə evdə oturmaq, gərəksiz yerə çölə çıxmamaq olar. Bununla biz virusu ölkəmizdən qova bilərik. Novruz bayramınız mübarək, konsertlərimizdə görüşmək ümidilə”.
Qeyd edək ki, ötən gün Xalq artisti Tünzalə Ağayeva da #evdəqal aksiyasına qoşularaq evdən konsert verəcəyinin anonsunu vermişdi.