Miri Yusifin prodüserini təhdid edib pulunu aldılarbackend

Xalq artisti Miri Yusifin prodüseri, teleaparıcı Emin Əfəndi təhdid edilib.

Yanvarın 19-u naməlum şəxs “WhatsApp” vasitəsilə teleaparıcıya mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib.

O, bunu etməməsinin müqabilində 1000 manat pul tələb edərək alıb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Oxu.az