Mirşahin onları buna görə hədəfə götürüb: “Anaya ox atanlar” haqqında FİLMbackend

Tanınmış jurnalist, Real Tv-nin rəhbəri Mirşahin Ağayev  “Gönaydın, Manqurtlar” adlı reportajında Vətəninə, dövlətinə qarşı xəyanətkar mövqe tutanları “manqurt” adlandırıb.

Vətəni Ana obrazında təqdim edən jurnalist Vətənə qarşı çıxmağı anaya atəş açmaq kimi səciyyələndirib.

Bundan sonra xaricdə yaşayan bəzi blogerlər bu məsələni şəxsiləşdirib, Mirşahin Ağayevin onların ailəsinə sataşdığını deyiblər.

Mirşahin Ağayevin Vətəni məcazi mənada Ana obrazında təqdim etməsini anlamazdan gəliblər.