Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sabah Azərbaycana rəsmi səfər edəcək.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi kimi bir sıra məsələlər müzakirə ediləcək.
Səfər avqustun 23-nə qədər davam edəcək.