Misir Mərdənov: “Bəzi hallarda peyvənd olunmaqdan ehtiyat edirlər, qorxulu heç nə yoxdur”backend

“Özümü kifayət qədər yaxşı hiss edirəm, hər şey normaldır. Doğrudur, bəzi hallarda koronavirus əleyhinə peyvənd olunmaqdan ehtiyat edirlər, amma qorxulu heç nə yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov deyib.

M.Mərdanov tövsiyə edir ki, ümumiyyətlə, vaksinasiya ilə bağlı heçnədən qorxmaq lazım deyil: “Peyvənd olunduqdan sonra, sadəcə, ümumi qaydalara əməl etmək kifayətdir. Vaksindən sonra özümü tamamilə rahat hiss edirəm, sağlığımda hansısa mənfi dəyişiklik olmayıb”.

“Həkim göstəriş verib ki, martın 13-də ikinci dəfə vaksinasiyadan keçmək üçün yenidən müraciət etməliyəm və təbii ki o müddətə qədər karantin qaydalarına əməl etmək vacibdir: sosial məsafə saxlamaq, tibbi maskadan istifadə etmək və s. Bir şeyi də qeyd edim ki, mən hələki koronavirusa yoluxmamışam”, – deyə eks-nazir qeyd edib.

Qeyd edək ki, fevralın 13-də Azərbaycanın keçmiş təhsil naziri Misir Mərdanov koronavirus əleyhinə peyvənd olunub. Sabiq nazirə COVID-19-a qarşı vaksin Abşeron rayon Mərkəzi xəstəxanasında vurulub.