MN:Ermənilərin yaydığı məlumat tamamilə yalandırbackend

Sentyabrın 12-si saat 20:30 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Kilsəkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə “Yeni Gundem”-ə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik.