“Mobitek Azerbaycan” şirkətinə qarşı məhkəmə başladıbackend

Bakı Kommersiya Məhkəməsində “Core Pro” MMC-nin “Mobitek Azerbaycan” MMC-yə qarşı məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nərmin Əhmədovanın sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qeyd: “Core Pro” MMC “Mobitek Azerbaycan” MMC-ni məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.