Model Günay Musayeva Azərbaycan mediasında yayımlanan çılpaq fotolarından danışıb. “Qafqazinfo”nun məlumatına görə, Günay facebookdakı hesabında fotoların 3 il əvvəl çəkildiyini qeyd edib:
“Üç il bundan əvvəl çəkdirdiyim, yayımlanması qadağan olunan fotolarım saytlarda dərc olunub. Məndən izn almadan fotoları paylaşdığı üçün fotoqrafı polisə vermişəm. Həmin şəxsin isə fotoqrafın saytından fotolarımı mətbuatda yaymağının əsas səbəbi isə onu ad günümə dəvət etməməyimdir. Həmin insanı dostluğumdan silmişəm və ismarıclarına cavab vermirəm. . Bakıda Günay Musayevadan başqa adam yoxdur? Daha mənim haqqımda heç nə yazmayın. Bundan sonra heç bir xəbər istəmirəm”.