Moskvada Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş başa çatdı – YENİLƏNDİ – VİDEObackend

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş keçirilib.

“Yeni Gundem” xəbər verir ki, Rusiya XİN-nin Qəbullar Evində keçirilən görüşdə Sergey Lavrov Ceyhun Bayramov görüşündə ikitərəfli münasibətlər, beynəlxalq və regional gündəmdə duran məsələlər müzakirə olunub.

Qeyd edək ki, bu gün Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ayrılıqda ikitərəfli görüşləri keçiriləcək. Görüşlərdə Bakı ilə İrəvan arasında sülh sazişinin hazırlanması, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması daxil olmaqla üçtərəfli razılaşmaların həyata keçirilməsi predmetli şəkildə müzakirə olunacaq.

***

12:54

Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.