Mövlud Çavuşoğlu Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşdübackend

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ilə görüşüb.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Can Azərbaycanın Milli Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Əhliman Əmiraslanov və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Xalqlarımız kimi Parlamentlərimiz də qardaşdır”,-deyə nazir vurğulayıb.