MSK prezident seçkilərində “exit-poll” keçirmək üçün müraciət edən təşkilatları açıqladıbackend

Növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına (MSK) sənədlərini təqdim edən təşkilatların sayı məlum olub.

Bu barədə “Yeni Gundem”-ə MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilat MSK-ya sənədlərini təqdim edib: “Həmin təşkilatlar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi, “Sosioloji Tədqiqatlar Mərkəzi” MMC-dir. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “exit-poll”u “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə keçirəcək”.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.