“Müavinim haqqındakı video bilərəkdən yayılıb”backend

Gənclər və idman naziri Fərid Qayıbov müavini Mariana Vasilevanın haqqında bir müddət əvvəl yayılmış rəqs videosuna münasibət bildirib.

O, “ASAN Radio”ya açıqlamasında görüntülərin bilərəkdən yayıldığını deyib: “Həmin video sosial şəbəkələrdə yox idi. Orada olan bir nəfər tərəfindən bilərəkdən yayılmışdı. Təbii ki, əmin adamın kimliyini bildik”.

Qeyd edək ki, Mariana Vasileva nazir müavini təyin ediləndən sonra onun rəqs videosu yayılmışdı və görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.

Qafqazinfo