Təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.
“Yeni Gundem” xəbər verir ki, bunu Müdafiə naziri Zakir Həsənov oktyabrın 12-də keçirilən xidməti müşavirə zamanı deyib.
Nazir bildirib ki, hərbi hissələrdə qoşun xidmətinin effektiv təşkili, digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətdə ərazilərimizin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi, kəskin relyef və sərt iqlim şəraitində yerləşən mövqelərin mühəndis-istehkam cəhətdən yaxşılaşdırılması, təminat yollarının daim işlək vəziyyətdə saxlanılması vacibdir.