Müdafiə Nazirliyinin strukturunda dəyişiklik edilib. Rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb
Belə ki, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini – Baş direktor vəzifələri isə yerində qalıb.
Oxu.az