Müdafiə Nazirliyi açıqlama yaydıbackend

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Yeni Gundem”-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

“Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.