Müdafiə Nazirliyi məlumat yaydı: Fevralın 18-dək…backend

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 14.02.2023-cü il tarixdən 18.02.2023-cü il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.