Müdafiə Nazirliyi məlumat yaydı: iyunun 20-dən 25-dək…backend

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdilir.

Bu barədə “Yeni Gündəm” -ə Müdafiə Nazirliyindən məlumat verilib.

Döyüş sursatlarının utilizasiyası prosesi iyunun 20-dən 25-ə qədər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Ümumqoşun təlim poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.