Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarını təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiya edəcək.
Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi iyunun 29-dan iyulun 2-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək