Müdafiə Nazirliyi məlumat yaydı: Mayın 17-dən 21-dək…backend

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən bildirilib.

“Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 17.05.2022-ci il tarixdən 21.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək. Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək”.