Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti “Kibertəhlükəsizlik təlimləri-2023”ə baxıblar.
Baş İdarənin rəisi, general-mayor Məmməd Eminov kiberhubda təlimlərin keçirilməsi ilə bağlı müdafiə nazirinə məruzə edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təlimlərin əsas məqsədi Azərbaycan ordusunun elektron informasiya sistemi vasitəsilə bütün növ qərargah və komanda məntəqələri ilə təhlükəsiz məlumat mübadiləsini təmin etmək vərdişlərinin təkmilləşdirilməsi, sistemdə mövcud olan təhlükələr barədə istifadəçilərin məlumatlandırılması və digər informasiya resursları, eləcə də mümkün kiberhücumlardan müdafiəni təkmilləşdirir.
Ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş qovşaqda keçirilən təlimlərdə hərbi qulluqçular kibertəhlükəsizlik tədbirləri üzrə müxtəlif tapşırıqları yerinə yetirərək bilik və bacarıqlarını təkmilləşdirirlər.
Müdafiə naziri təlimlərin gedişini müsbət qiymətləndirib və Azərbaycan ordusunda kibertəhlükəsizlik tədbirlərinin daha da təkmilləşdirilməsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar verib.